Dizayner, Metbex mebelleri, Metbex dizayni, Metbex mebeli, Mətbəx mebeli, Xanımlar üçün evin ən vacib hissəsi olan mətbəxə xüsusi önəm verdik. Artıq mətbəx mebelleri dizaynını bizdən daha sərfəli və sürətli sifarış edə bilərsiniz. Sahəsindən asılı olmayaraq metbex mebelleri dizaynı münasib qiymətlərlə rəngli, 3d görüntülü və eskiz layihəsi ilə sizlərə təklif edirik. Əlavə suallarınızı cavablandırmağa hazırıq...
Biz Sizə evlərinizin, ofislərinizin, bağlarınızın heyrətamiz gözəlliyini və rahatlığını təmin edən ən yaxşı dizayn həllərini təklif edirik!
Artıq 9 illik memarlıq və dizayn sahəsində təcrübəmizə əsaslanaraq bu sahədə sizə ən doğru təklifləri verəcəyimizdən tam əminik.Fərdi yaşayış evlərinin layihələndirilməsi, ekstryer-fasad dizaynı, interyer dizaynı, bağların, həyətyanı sahələrin landşaft dizaynı xidmətlərimizi ən yüksək zövqlə və münasib şərtlərlə təklif edirik.
Memarlıq layihəsi-bu xəyalınızdakı eviniz üçün birinci addımdır.
Siz memarla birlikdə tikiləcək evinizin konsepsiyasını yaradırsız. Memar sizin istək və arzularınızı bilməli, sizin yaşayış tərziniz, həyat yolunuz haqqında məlumat toplamalıdır ki, sizə uyğun, sizə məxsus layihə hazırlaya bilsin. Bizim peşəkar memar və dizaynerlərimiz məhz sizin üçün xüsusi layihələr hazırlamaq üçün xidmətinizdədir.
Memarlıq və Dizayn xidməti olaraq ArxitekturA.az sizə memarlıq layihələndiriləmsinin bütün sahələri üzrə öz xidmətlərini təklif edir:
Villa və fərdi yaşayış evlərinin layihələndirilməsi və dizaynı
Mənzillərin və evlərin interyer dizaynı həlli
Ofis, restoran, mağaza və ya ictimai obyektlərin layihələndirilməsi və dizaynı
Landşaft dizaynı, parkların, həyətyanı sahələrin, bağların dizayn layihəsi
Xidmətlər:
Modern üslub interyer dizayn /
Klassik üslub interyer dizayn
Eksteryer fasad dizayn /
Landşaft dizayn /
Eskiz layihə /
Usaq Mebeli Dizaynı /
Metbex mebeli dizayni /
Mebel Dizaynı /
Skaf kupe Dizayni /
(Ustalar və Digər tərəfdaşlar üçün xüsusi təkliflər var... )
İnteryer Dizaynı- bu hətta təcrübəli dizayner üçün belə asan tapşırıq deyil. İnteryer dizaynı eskizdən başayır, daha sonra interyerin dizayn layihələndiriləmsi ilə davam edir.İnteryerin dizayn layihələndiriməsinə mənzilin planı, mebel yerləşimi,hesabatı, divarların açılışı, prespektiv görüntüləri kimi sənədlər daxildlir.Bu mərəhələrdən sonra işçi planlar hazırlanır. Dizaynerin köməkliyi ilə Siz rahatlıq və konfort, stil və özünəməxsusluq, texniki işəyararlılıq, hər bir metrin maksimal istifadəsi kimi xüsusiyyətləri öz mənzil və evlərinizdə tapa bilərsiniz.
Eksteryer-fasad. . Hər bir insan yaşadığı evin interyeri ilə yanaşı eksteryer, fasadının da gözəl olmasını arzu edir. Evin fasadının gözəl olması nəinki təkcə öz gözəlliyi ilə kifayətlənir, hətta o evdə yaşayanıarin əhval ruhiyyəsinə də öz müsbət təsirini göstərir,öz statusunu xarakterizə edir. Biz sizin evinizin fasadının son dərəcə gözəçarpan və gözəl olması üçün əlimizdən gələni etməyə tam hazırıq. Dizayner xidməti.
Zərif və incə detallarla işlənmiş villa fasadı
Böyüt
Milli koloridli zərif mətbəx nümunəsi
Böyüt
Gül-çiçək içində villa və onun hovuzu
Böyüt
Rahatlığın tapıla biləcəyi gözəl məkan
Böyüt
İncəsənət mərkəzi layihəsi
Böyüt
2010-cu ildə layihələndirilmiş otel
Böyüt
Bəyaz rəng mətbəxinizi olduğundan daha geniş göstərəcək
Böyüt
Metbex mebeli təkcə gözəl olmamalıdır,o həm də funksional olmalıdır
Böyüt
Metbex mebeli təkcə gözəl olmamalıdır, o həm də funksional və erqonomik olmalidir.Mətbəxin həm gözəl həm də funksinoal olması ücün gözəl zövq və yüksək peşəkarlıq gərəkdir. İlk baxışdan sadə görünməyinə baxmayaraq mətbəx mebellərinin də özünəməxsus vacib nüansları vardır ki, onları bilmək və düzgün tətbiq etmək mütləqdir
Mətbəx mebeli planlaşdırarkən ilk növbədə mətbəx otağının ölçülərini bilmək, mətbəxdə olan su,kanalizasiya,qaz,havalandırma xətlərinin yerlərini müəyyən etmək və ya təyin etmək lazımdır. Daha sonra mətbəxdə istifadə olunacaq məişət avadanlıqlarını (qaz plitəsi, soba, mikrodalğalı soba, soyuducu, asperator, qabyuyan, paltaryuyan) müəyyən olunması dolabların seçilmiş avadanlıqlara uyğun bölünməsi üçün çox vacib amildir. Bəzən mətbəxdə avadanlıqların yerinin təyini zamanı kobud səhvlər edilir. Qaz plitəsi ilə su krantı arasında məsafənin, qaz plitəsi ilə divar və ya dolab arasında məsafənin düzgün seçilməsi, soyuducunun yerinin təyini və s. vacib şərtlərdəndir.
Mətbəx mebelinin əsas hissələri aşağı dolablar,asma dolablar və vertikal, yəni penal dolablardan ibarətdir. Adətən aşağı dolabların dərinlik ölçüsü 60sm,hündürlük ölçüsü 87sm,asma dolabların dərinlik ölçüsü 30sm,hündürlük ölçüsü isə 70sm-dən 90-sm qədər olur.Penal dolabların dərinlik ölçüsü 60sm,eni 60sm,hündürlüyü isə 220-240sm olur. Aşağı dolablarla asma dolablar arasında məsafə adətən 60sm müəyyən edilir. Aşağı dolablar üzərində iş dəzagahı yerləşir ki,bu dəzgahlar suni mərmərdən, qranitdən və ya başqa bir çox materiallardan hazırlanır.
Mətbəx dolablarının planlaşdırılması mətbəxin sahəsinə görə bir neçə üsulla aparılır.
Düz xətt və ya parallel planlaşdırma tipi
Bu planlaşdırma adətən uzun və ensiz mətbəx otaqlarında tətbiq edilir.Düz xətt planlaşdırmada butun dolablar bir birinin ardinca bir xətt üzrə düzülür. Bu cür mətbəxlər bir neçə nəfərə eyni anda bir mətbəxdə işləyə bilmək imkanı yaradır.
L mətbəx planlaşdırma tipi
Mətbəx planlaşdırma tipləri içərisində demək olar ki ən çox planlaşdırılan L planlaşdırma tipidir.Bu tip planlaşdırma kiçik düzbucaqlı və ya kvadrat mətbəx sahələrində tətbiq olunur. Bu cür planlaşdırma ilə kiçik mətbəxlərdə maksimum geniş sahələr əldə etmək mümkündür.
Ada planlaşdırma tipi
Əminliklə təklif olunan bu mətbəx açıq məkanlar üçün çox əlverişlidir. Bu mətbəx planını tətbiq etmək üçün mətbəxin çox geniş sahəyə malik olması vacibdir.
Ada tipli məbəx mebelinin tam mərkəzində iş dezgahlı ayri bir dolab yerləşir. Yerləşim planın adı da məhz bu ayrı işdəzgahlı dolabdan götürülüb. Ada ilə mətbəx arasındakı məsafə 100sm olmalıdır.
U planlaşdırma tipi
Bu tip mətbəx geniş mətbəxlər üçün uyğun planlamadır.Bu mətbəxlər çox rahat istifadə imkanı yaradır.U tipli mətbəxlərin geniş iş dəzgahı olur. İstenildiyi zaman ada tipli iş dəzagahı da bu mətbəxə asanlıqla əlavə edilərək daha gözəl və əlverişli mətbəx əldə etmək olar.